Sumqayıt şəhərində növbəti ağacəkmə aksiyası təşkil olunub

121

Sumqayıt şəhərində növbəti ağacəkmə aksiyası tkeçirilib. Aksiya çərçivəsində şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində, parkda yerləşən Şəhidlər xiyabanının ətrafında genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı park ərazisində 200-dən artıq şam ağacı əkilib. Aksiyanın sonunda əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların sağlam inkişafı üçün lazımi tədbirlər görülüb.

Qeyd olunub ki, bu cür yaşıllaşdırma tədbirləri şəhərdə ekoloji mühitin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir. Belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Bu kimi aksiyalar həm şəhərin yaşıllıq zonasının genişlənməsinə, həm də gənc nəsildə vətənpərvərlik və təbiətə qayğı hissinin formalaşmasına mühüm töhfə verir.

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər