Sumqayıt şəhərində uşaqların zərərli informasiyadan qorunması mövzusunda tədbir keçirilib

163

Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərrova, şəhər Təhsil Sektorunun əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər vurğulayıblar ki, uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz informasiya mühitində böyüməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların internet resurslarında qarşılaşa biləcəkləri zərərli məzmunlardan qorunması valideynlərin, müəllimlərin və ictimaiyyətin birgə məsuliyyətidir.

Tədbirdə uşaqlara sosial şəbəkələrdə davranış qaydaları, şəxsi məlumatların qorunması, təhlükəli məzmunların tanınması və belə hallarla rastlaşdıqda hansı qurumlara müraciət etməli olduqları barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçıları belə maarifləndirici görüşlərin davamlı təşkilinin uşaqların düzgün informasiya mədəniyyətinin formalaşmasına töhfə verəcəyini qeyd ediblər.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər