Sumqayıt şəhərində yaşıllaşdırma istiqamətində aparılan işlər davam etdirilir- VİDEO

2190

Sumqayıt şəhərində yaşıllaşdırma istiqamətində aparılan işlər davam etdirilir və bu sahədə görülən tədbirlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma idarəsi tərəfindən şəhərin Zülfü Hacıyev küçəsində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Belə ki, sözügedən ərazidə 1000 kvadratmetr sahəni əhatə edən qazon örtüyü döşənib. Görülən işlər küçənin ümumi görünüşünü xeyli yaxşılaşdırmaqla yanaşı, əraziyə xüsusi estetik görünüş qazandırıb.

Yaşıllaşdırma işləri bununla məhdudlaşmır. Yaxın vaxtlarda şəhərin əsas magistral yollarından hesab olunan Köroğlu prospekti və Bakı küçəsində də qazon örtüyünün salınması planlaşdırılır. Onu da qeyd edək ki, son 4 ay ərzində Sumqayıtın müxtəlif ərazilərində ümumilikdə 14 min ədəd qızılgül kolu əkilib. Bu təşəbbüs şəhərin dekorativ görünüşünün zənginləşdirilməsi ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına da xidmət edir. Əkilən gül kolları şəhər sakinlərinin gündəlik həyatına daha çox estetik zövq qatır.

Yaşıllaşdırma idarəsi tərəfindən yalnız yeni yaşıllıq sahələrinin salınması deyil, eyni zamanda mövcud ərazilərin qulluq və mühafizəsi də diqqətdə saxlanılır. Belə ki, şəhərin müxtəlif hissələrində mütəmadi olaraq ot biçini işləri aparılır, yaşıllıq sahələri səliqəyə salınır və onların qorunması təmin edilir.

Bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsi Sumqayıtın ekoloji balansının qorunmasına, havanın keyfiyyətinin yaxşılaşmasına və şəhər sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər