Sumqayıt şəhərinə yeni avtobuslar gətirilib – Foto

3010

Sumqayıt şəhərində ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. İlkin mərhələdə Türkiyə istehsalı olan AKIA markalı 5 yeni avtobus şəhərə gətirilib. Bu avtobuslar yaxın günlərdə xəttə buraxılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Məlumatlara görə, yeni avtobuslar şəhərin əsas marşrutlarından biri olan 7 saylı marşrut xətti üzrə hərəkət edəcək. Növbəti günlərdə isə əlavə 5 avtobusun da Sumqayıta gətirilərək xəttə buraxılması gözlənilir.

Bu yenilik şəhər sakinlərinin daha rahat və təhlükəsiz şəkildə daşınmasını təmin edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər