Sumqayıt şəhərinin Tarixi Muzeyinə ekskursiya

510
Sumqayıt Tibb Mərkəzinin (STM) bir qrup əməkdaşı Sumqayıt şəhərinin Tarixi Muzeyinə ekskursiya ediblər.
Sumqayıtın şəhər statusu almasının 75 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində reallaşan ekskursiya zamanı muzeyin əməkdaşı ziyarətçilərə ekspozisiya zalında yerləşən Sumqayıt şəhərinin ərazisini əks etdirən maket, saxsı, mis qablardan ibarət guşə və şəhərin yaranması haqqında ətraflı məlumat verib.
Daha sonra STM-nin əməkdaşları muzeyin ikinci mərtəbəsində böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, səhiyyə və mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında əks olunan məlumatlarla tanış olublar.
Onlar Milli Qəhrəmanlar haqqında guşəyə, şəhidlərə həsr olunan “Ulduz axını” abidəsinə də baxıblar.
Sonda bələdçi ziyarətçiləri maraqlandıran sualları cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər