Transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu dəfə serbiyalı oyunçu transfer edə bilər.
Bizim.Media xəbər verir ki, “kimyaçılar” Slaviş Radoviçlə danışıq aparır.
Artıq tərəflər arasında danışıqlar davam etdirilir. 30 yaşlı müdafiəçinin komandaya yaxın günlərdə qoşulacağı gözlənilir.
Radoviçin “Sumqayıt”la 1+1 illik müqavilə imzalayacağı iddia edilir. O, hazırda azad agent statusuna malikdir. Futbolçu həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi və yarımmüdafiəçisi kimi oynaya bilir. Radoviç “Voyvodina”, “Olimpik” (Sarayevo), “Zemun”, “Vojdovaç”, “Zemun”, “Velej Mostar”, “Liepaya” (Latviya) kimi klublarda oynayıb.
Müzakirə qapadılmışdır.