Sumqayıt SON 10 İLDƏ - yeni layihə

3215

Sumqayıt son 10 ildə – yeni layihəyə start verilib

Sumqayıt şəhərinin son illərdəki inkişafını, həyata keçirilən layihələri və görülmüş işləri işıqlandırmaq məqsədilə Sumqayitxeber.com yeni layihəyə start verib. Layihə çərçivəsində oxuculara şəhərin son 10 ildə keçdiyi inkişaf yolu, sosial-iqtisadi göstəricilərdə əldə olunan nailiyyətlər, infrastruktur layihələri və ictimai həyatdakı dəyişikliklər barədə geniş məlumat təqdim olunacaq.

Artıq portalda bunun üçün xüsusi “Son 10 il” bölməsi yaradılıb. Oxucular həmin bölməyə daxil olmaqla, 2015–2025-ci illər ərzində Sumqayıtda baş verən mühüm proseslər barədə ətraflı yazılarla tanış ola bilərlər.

Sumqayitxeber.com redaksiyası bildirir ki, layihənin əsas məqsədi son onillikdə Sumqayıtın keçdiyi inkişaf yolunu ardıcıl şəkildə oxuculara çatdırmaq, şəhərin dəyişən simasını ictimaiyyətə təqdim etməkdir. Bununla yanaşı, burada sakinlərin rəylərinə də yer veriləcək və Sumqayıtın gələcək perspektivləri ilə bağlı müzakirələr aparılacaq.

Yeni layihənin materialları ilə https://sumqayitxeber.com/tag/son10il linki vasitəsilə tanış ola bilərsiniz

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər