Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanan “Gəlinlərin savaşı” adlı yeni komediya tamaşasına daxili baxış keçirilib.
Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Ümüd Abbaszadə, Ləman Məmmədli, quruluşçu rəssamı Osman Salmanov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.
Səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından baxaraq üç ərköyün gəlinlə sülhsevər qayınana arasında baş verən qarşıdurma üzərində qurulub. Gəlinlərin eqosu və qayınanaya qarşı sərt davranışları ailədə gərginlik yaradır. Lakin müdrik qayınana zəka və təmkinlə vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir.
Tamaşa aktual mövzunu komediya janrında təqdim edərək tamaşaçılara həm düşündürücü, həm də əyləncəli səhnə həlli vəd edir.
Rollarda Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, eləcə də aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkəri çıxış edirlər.
Qeyd edək ki, “Gəlinlərin savaşı” tamaşasının premyerası 1–5 mart tarixlərində keçiriləcək.




Müzakirə qapadılmışdır.