Sumqayıt Teatrında uşaqlar üçün maraqlı şou proqram

661

Sumqayıt Teatrında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Özəl Möhtəşəm Şou Proqram!

Sumqayıt Dövlət Dram Teatrı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi şou proqram təqdim edəcək. Teatr rəhbərliyi tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq, iyunun 1-də yalnız bir gün üçün əyləncə və macəra dolu tədbir hazırlayıb.

Tamaşa zamanı uşaqların sevimli qəhrəmanları – IPPI, Rafadan Tayfanın Hayrisi, Şrek və Uzunqulaq, Tısbağa və Duman səhnədə yer alaraq kiçik izləyicilərə unudulmaz anlar yaşadacaqlar. Rəngarəng səhnə dekorasiyası, musiqi və interaktiv çıxışlarla müşayiət olunacaq şou balacaların sevinci üçün nəzərdə tutulub.

Tədbir iyunun 1-i Sumqayıt Teatrının səhnəsində keçiriləcək. Biletləri teatrın kassasından əldə etmək mümkündür.

Əlaqə nömrəsi: 055-449-42-12

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər