Vəzifənin adı: Metaləritmə zavodu, Gidravlika üzrə usta
Vəzifə öhdəlikləri:
• Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların hidravlika sahəsində baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
• Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.
• Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında, təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir.
• İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir.
• FPTM-də və induksiya sobalarında hidronasos və hidroakumulyator stansiyalarının işini idarə edir.
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir.
• Hidravlik sisteminin stabil işini təmin edir.
• Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır.
• Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurur.
• Təkrar soyutma roliklərinin yağlanmasını təmin edir.
• Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
• İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
• Təmir briqadalarının işçilərinə rəhbərlik edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.
• Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir.
• Əsas vəsaitlərin inventarizasiyasında iştirak edir, köhnəlmiş avadanlıqların, əsaslı təmir tələb olunan obyektlərin təmirində iştirak edir.
• Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az
Müzakirə qapadılmışdır.