Bu məqsədlə STM-nin tabeliyində olan 2 nömrəli Xəstəxanada cərrahların iştirakı ilə müzakirə təşkil edilib. Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva iştirakçıları salamlayaraq rəhbərlik etdiyi tibb müəssisəsində cərrahi xidmət haqqında məlumat verib.
STM-nin direktor müavini Ramin Qasımov həyata keçirilən layihə, məqsədləri və görüləcək işlərdən danışıb. Qeyd edib ki, layihə çərçivəsində təqdim ediləcək standart cərrahi sahə olaraq ilk olaraq hernioplastikaları əhatə edəcək.
Almaniyanın Heydelberq Universitetinin Mannhaym Cərrahiyyə Klinikasının cərrahı Vüqar Yaqublu “Qlobal Cərrahiyyə 203″” proqramı çərçivəsində beynəlxalq standartlardan söz açıb, təcrübəsini iştirakçılarla bölüşüb. O, tətbiq olunacaq standartların əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Müzakirə interaktiv formatda davam edərək, sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, müzakirədə TƏBİB-in nümayəndəsi Samirə İsmayılova da iştirak edib.
Müzakirə qapadılmışdır.