Sumqayıt Tibb Mərkəzinin (STM) Mühafizə bölməsi 14 İyun – Ümumdünya Qan Donorluğu Günü münasibətilə təşkil olunan qanvermə aksiyasında fəal iştirak edib.
Mərkəzdən bildirilib ki, Mərkəzi Qan Bankının Sumqayıt bölməsinin həkim kollektivi tərəfindən donorların sağlamlığı əvvəlcədən müayinə olunub, daha sonra isə qanvermə aksiyası həyata keçirilib.
Üç gün davam edəcək aksiyanın ilk günündə STM-in 30-a yaxın əməkdaşı iştirak edib.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.