Belə ki, STM-nin tabeli müəssisələrində bu ilin ilk 6 ayı ərzində 2 597 678 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur.
Sözügedən müddət ərzində ümumilikdə 12 121 əməliyyat icra edilib. Bu isə günlük orta hesabla 77 əməliyyat deməkdir.
Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-iyun aylarında 158 849 sayda xidmət həyata keçirilib.
STM-nin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya bölməsində 748 yenidoğulmuşa xidmət göstərilib, onlardan 187-si regionlardan təxliyə olunub.
Doğum şöbələrində isə eyni dövr ərzində 1 374 körpə dünyaya gəlib.
Müzakirə qapadılmışdır.