Sumqayıt Tibb Mərkəzi 2022-ci ildə əhaliyə göstərilən ümumi tibbi xidmət sayını açıqlayıb.
Ötən il mərkəzin tabeliyində olan tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 264 min 523 müraciət daxil olub. Bu müraciətlərdən 1 milyon 227 min 836 ambulator, 36 min 687 isə stasionar müraciətdir.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 3 milyon 87 min 252 təşkil edib. Bu xidmətlərdən 2 milyon 235 min 466 ambulator, 851 min 786 isə stasionar xidmətdir.
Müzakirə qapadılmışdır.