Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində 15 yenidoğulmuş əməliyyat olunub

578

Sumqayıt Tibb Mərkəzinin (STM) Perinatal Mərkəzində Quba rayonundan təxliyə olunan körpə uğurla əməliyyat olunub.

“Omfalosele” diaqnozu ilə Perinatal Mərkəzə köçürülən körpə Sumqayıt şəhər Uşaq Xəstəxanasının uşaq cərrahları uzman cərrah Araz Hüseynov və Elnur İsgəndərov tərəfindən əməliyyat uğurla icra olunub. Artıq körpə evə buraxılıb.

Qeyd edək ki, son bir ayda 3 regiondan, Gəncədən “Bağırsaq keçməzliyi”, Qubadan “Omfalosele” və Cəlilabaddan “Anusun atreziyası” diaqnozu ilə yenidoğulmuşlar Perinatal Mərkəzə təxliyə olunub. Hər 3 əməliyyat müvəffəqiyyətlə yerinə yetirilib.

Məlumat üçün bildirək ki, artıq 4 aydır ki,  Perinatal Mərkəzdə neonatal cərrahiyyəyə start verilib, indiyədək neonatal və 56 günədək olan 15 körpəyə əməliyyat icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər