“Sumqayıt” Türkmənistanın “Nebitçi” klubu ilə yoldaşlıq görüşü keçirdi

755

“Sumqayıt” futbol klubu yoldaşlıq görüşü çərçivəsində Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi”kollektivi ilə qarşılaşıb.

“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qonaqlar 4:2 hesablı qələbə qaznaıblar.

Əsasən gənclərə şans verən Sumqayıt təmsilçisinin qollarını Qabil Əlizadə ilə Əjdər Hacılı vurublar.

Oyundan öncə klublar arasında rəsmi görüş baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Akif Quliyev, Fərid Ələkbərov,  “Azərikimya” İB-nin Baş direktoru Elnur Məmmədli, Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov, səfirliyin birinci katibi Sultan Açilov, “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Aydın Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir zamanı hər iki xalqın dostluq və qardaşlıq əlaqələri bir daha vurğulanıb, idman sahəsindəki əməkdaşlığın gələcək prespektivləri müzakirə edilib.

Daha sonra isə rəsmilər yoldaşlıq oyununu izləyiblər.

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər