Sumqayıt Universitetində “Yaşıl dünya” müzakirəsi

313
Fevralın 21-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində Polimer Materialları İnstitutunun (PMİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri” adlı Strateji panel-müzakirə toplantısı keçirildi.
Tədbirdə SDU-nun rektoru dosent Rüfət Əzizov, Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və hər iki müəssisənin alimləri və tədqiqatçıları iştirak etdilər.
Tədbirin moderatoru rektor müşaviri, kimya üzrə elmlər doktoru İsmayıl İsmayılov çıxış edərək SDU ilə PMİ arasında bağlanmış əməkdaşlığın fəaliyyətindən danışdı.
Dosent Rüfət Əzizov çıxış edərək toplantı iştirakçılarını salamladı, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışdı, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələr sırasında olduğunu qeyd etdi və bu sahədə gənc alimlərin fəaliyyətini xüsusilə vurğuladı. Bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı gənc alimlərimiz Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması ilə əlaqədar həmin bölgələrdə müxtəlif tədqiqatlar apararaq, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verirlər.
Sonra rektor PMİ ilə SDU arasında kadr hazırlığı və elmi-tədqiqat üzrə birgə əməkdaşlığa dair keçirilən tədbirdəmüzakirə olunan məsələlərin gənc alimlərin elmi tədqiqat işinə öz töhfəsini verəcəyini vurğuladı.
Rektor onu da diqqətə çatdırdı ki, son illərdə neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olub. Bu istiqamətdə SDU-da elmi-tədqiqat sahəsinin inkişafı əsas hədəflərdəndir. Milli İnnovasiya Sisteminin inkişafını təmin edən əsas amillərdən biri universitet-sənaye əməkdaşlığının formalaşması və genişləndirilməsidir. Universitet-sənaye əlaqələrinin formalaşması və inkişafı məqsədilə ölkəmizdə və SDU-da bir çox işlər həyata keçirilir.
PMİ-nin baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışdı. Bu istiqamətdə PMİ ilə SDU arasındakı əməkdaşlıqdan bəhs etdi. Hər iki qurum arasında qarşılıqlı maraqlar çərçivəsində müştərək tədqiqatların aparılmasını, elmi kadrların hazırlığını və mübadiləsini, birgə tədqiqat layihələrinin hazırlanması istiqamətdə hər cür şərait yaradıldığını qeyd etdi və bugünkü tədbiri yüksək qiymətləndirdi. Aparılan tədqiqatların nəticələrinin kimya elminə böyük töhfə olacağını vurğulayaraq, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Sonra elmi məruzələr dinlənildi. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, SDU ilə PMİ arasında elmi potensialın inkşaf etdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin həyata keçirilməsi vurğulandı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər