Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb.
Sumqayitxebercom report.az-a istinadən bildirir ki, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib.
Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.