Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

140

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı bu gün saat 11:00-dan etibarən ərazidəki 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər