Sumqayıtda 1000 dən çox şəhid ailəsinə və müharibə əlilinə ərzaq yardımı göstərilib

695

Sumqayıtda 1000-dən çox şəhid ailəsinə və müharibə əlilinə ərzaq yardımı göstərilib

27 Sentyabr – Anım Günü münasibətilə Sumqayıt şəhərində yaşayan 1000-dən çox şəhid ailəsinə və müharibə əlilinə ərzaq yardımı çatdırılıb.

Yardımlar ailələrin gündəlik tələbatına uyğun olaraq ərzaq məhsullarından ibarət olub. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə şəhid ailələrinin, qazilərin və müharibə əlillərinin sosial rifahı daim diqqət mərkəzində saxlanılır. Onların problemlərinin həlli, qayğı ilə əhatə olunması, gündəlik həyatlarının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da bu kateqoriyadan olan insanlara xüsusi həssaslıq göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində addımlar atılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər