Sumqayıt Tibb Mərkəzi (STM) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.
Hacı Zeynalabdin qəsəbəsində keçirilən aksiyada STM-in strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasının oftalmoloqları və endokrinoloqu yerli sakinləri müayinə ediblər.
Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə diaqnoza müvafiq tibbi təyinat yazılıb, əməliyyata ehtiyacı olanlar aidiyyəti tibb müəssisəsinə yönləndirilib.
Aksiya zamanı 120-yə yaxın pasiyent müayinə edilib.
Müzakirə qapadılmışdır.