Sumqayıtda azyaşlı şəkilləri ilə şantaj olunub.
sumqayitxeber.com Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini D.R. polisə ərizə ilə müraciət edərək naməlum şəxsin onun 13 yaşlı qızını şantaj etdiyini bildirib.
Qeyd olunur ki, naməlum şəxs azyaşlının qeyri-münasib şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək anasından pul tələb edib.
Daxil olan şikayət əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Müzakirə qapadılmışdır.