Sumqayıt şəhərində sərtləşdirilmiş karantin rejimini pozan 155 inzibati protokol tərtib olunub.
sumqayitxeber.com xəbər verir ki, gün ərzində bu saata kimi 155 inzibati protokol tərtib olunub. Protokollardan 145-i evdən icazəsi olmadan çıxdığına görə, 10-u isə maskadan istifadə edilmədiyi üçün tərtdib olunub.
Karantin rejiminin tələblərini pozan 3 nəfərə isə 15 sutkalıq inzibati həbs cəzası verilib.