Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberoxu.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F. Bəşirov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.