Sumqayıtda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

4261

Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Sumqayıt şəhər ictimaiyyəti şəhidlər xiyabanını ziyarət edib.

Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və Azərbaycan şəhidlərinin ruhu ehtiramla yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.

Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

1990-cı ilin yanvar hadisələri zamanı  Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən Bakıya qayıdan zaman onların olduğu avtomobilini əzərək üstündən keçmişdir. Hadisə nəticəsində hər üç alimimiz amansızcasına qətlə yetirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər