Sumqayıtda növbədənkənar parlament seçkilərində seçici fəallığı müşahidə olunur.
APA xəbər verir ki, şəhərdə 6 seçki dairəsi üzrə 210 məntəqə var. Məntəqələr üzrə qeydə alınan 273 698 nəfər seçicidən 2499-u ilk dəfə səs verənlərdir. 3641 nəfər seçici yaşlı nəslin nümayəndəsidir. Onlardan bir nəfərin yaşı 100-dən çoxdur.
Məntəqələrdə prosesi beynəlxaq müşahidəçilər də izləyir.
Müzakirə qapadılmışdır.