Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Qərib Əhliman oğlu aralarında baş vermiş münaqişə zəminində həmyerlisi və tanışı, 1995-ci il təvəllüdlü İsmayılov Nurlan Rafiq oğluna bıçaqla xəsarət yetirib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-bildirilib ki, N.İsmayılov əməliyyat olunub, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.