Sumqayıtda “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib

864

Sumqayıt Dövlət Dram Teatrında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, mədəniyyət işçiləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda müəllifin müsahibələr və çıxışları əks olunub.

Hulusi Kılıç tədbirdə çıxış edərək gələn qonaqlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, qazanılan zəfər Türk birliyini bir daha nümayiş etdirdi.

Sonra tədbir iştirakçıları “Missiya” tamaşasını izləyiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər