Sumqayıtda 8 min 500 abonentin qazı kəsiləcək

582

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən “Report”un yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər