Sumqayıtda 800 abonentin qazı kəsiləcək

294

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.

Bu barədə “Report”un yerli bürosuna “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər