Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirilir.
Sumqayıtda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb. Təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsaslı inşa edilir.
Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində də genişmiqyaslı abadlıq işləri həyata keçirilir.İməcilik akasiyasına texnika və canlı qüvvə cəlb olunub. Ərazidə abadlıq işləri aparılır, tullantılar bir yerə toplanaraq ərazidən daşınması təmin edilir.
Müzakirə qapadılmışdır.