Sumqayıtda ağacəkmə aksiyası keçirilib – FOTOLAR

577

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərinin Sülh prospektində min ədəd xan çinar ağacı əkilib. Ağacəkmə aksiyası Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və “ASAN Könüllüləri”nin fəal iştirakı ilə həyata keçirilib.

Ərazidə yalnız ağacəkmə işi ilə kifayətlənilməyib, həmçinin abadlıq və təmizlik işləri də görülüb. Könüllülər tərəfindən torpaq bərpası aparılıb, yaşıllıq sahələrinin suvarılması və abadlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilib.

Təşkil olunan aksiya şəhərin ekoloji mühitinin yaxşılaşdırılması və sakinlər üçün daha rahat istirahət məkanlarının yaradılmasına xidmət edir. Qeyd edək ki, Sumqayıtda yaşıllıq sahələrinin artırılması və abadlıq işləri davamlı xarakter daşıyır. Şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti gələcəkdə də analoji layihələrin icrasını planlaşdırır. Şəhərdə həyata keçirilən bu cür tədbirlər bir daha göstərir ki, Sumqayıtın inkişafı və yaşıllaşdırılması istiqamətində atılan addımlar ardıcıl və sistemli şəkildə davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər