Sumqayıt şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirdiyi “Sumqayıtda və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə Ağıllı Şəhərlərin qurulması” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin mütəxəssis qrupu, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhərində fəaliyyət göstərən aidiyyatı qurumların rəhbərləri iştirak edib.
Gündüz Əliyev Sumqayıt şəhərində “Ağıllı şəhər” konsepsiyası çərçivəsində görülmüş işlər və mövcud potensialla bağlı görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə layihənin əhatə dairəsi maraqlı tərəflərlə müzakirə olunub, layihənin həyata keçirilməsi üçün mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və ekspert qrupunun sualları cavablandırılıb.
Müzakirə qapadılmışdır.