Sumqayıtda ağır qəzada yaralanan gənclərdən xəbər var

616

Xatırlayırsınızsa, yanvarın 16-da Sumqayıtda şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş vermişdi. Belə ki, Sumqayıtın tanınan, bacarıqlı gənclərindən sayılan Vüsal Orucov hadisə yerində dünyasını dəyişmiş və 4 sərnişin – Vüsalın qardaşı Vüqar, Siyasət Bağırov (Vüsalın qardaşının qaynı), Vüqarın yoldaşı və Siyasətin nişanlısı xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə, qəzaya səbəb “Chery” markalı avtomobilin sürücüsünün qaydanı pozması olub.
Bu faciəvi qəza Sumqayıtda böyük əks-səda yaradıb, sosial şəbəkələrdə tez tez bu haqda xatırlanır, yazılır, yaralanan şəxslərin durumu öyrənilir, onlara dualar edilir. Qeyd edək ki, hələ də yaralıların durumlarının ağır – bəzilərinin koma vəziyyətində olması deyilir. Həmin şəxslərin yaxınlarının Xeberle.com-a verdiyi məlumata görə, Siyasət və onun bacısı (Vüqarın həyat yoldaşı) komadadır. Siyasətin durumunda irəliləyiş var, bacısında isə hələ yox. Vüqar isə əməliyyat olunub, ayağına mil qoyulub. Siyasətin nişanlısının durumu isə yaxşıdır. Siyasətin nişanlısı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, Siyasət DTX hospitalında, Vüqar və həyat yoldaşı isə Mərkəzi Gömrük hospitalında müalicə alırlar. Hospitallarda xəstələri ziyarət yalnız gündə 1 dəfə cəmi 30 dəqiqə mümkündür, o da valideynləri üçün.

Qeyd edək ki, Siyasətin martın 11-də toyları olacaqmış. Üstəlik, Vüqar hələ qardaşı Vüsalın dünyasını dəyişməsi xəbərini də bilmir…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər