Kəskin hava şəraiti ilə bağlı Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtla yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları hava şəraiti əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Digər dövlət orqanları ilə birgə yollar, yol nişanları qardan və buzdan təmizlənib, hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü və piyadanların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib.
DİN-dən həmçinin bildirilib ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir: “Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Xüsusilə, piyadaların hərəkəti ilə profikatik tədbirlər icra olunur”.
Müzakirə qapadılmışdır.