Sumqayıtda “Araz” hazırlıq kursunda ölüm hadisəsi

819

img.phpSumqayıt şəhərində fəaliyyət göstərən “Araz” ali məktəblərə hazırlıq kursunda ölüm hadisəsi baş verib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün qeydə alınıb. Kursda təhsil alan, Qusar rayon sakini, 1992-ci il təvəllüdlü Şəmsəddin Nəzərov kompüter qarşısında işləyərkən qəflətən dünyasını dəyişib. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
Meyitə ilkin baxış keçirən ekspertlər ilkin ehtimal olaraq Ş. Nəzərovun qıcolmadan öldüyünü müəyyən edib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bahar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər