Sumqayıtda avrokubok HƏYƏCANI

207

Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubu ilə cavab matçına çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirdəki taleyini həll edəcək qarşılaşmada qələbə qazanaraq mərhələ adlamağa çalışacaq.

İlk görüşdə qeydə alınan minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün meydana tam heyətlə çıxacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçın baş hakimi Patrik Kolariç olacaq.

Xatırladaq ki, komandalar arasında Estoniyada baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. “Zirə” növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu gün mütləq 2 top fərqi ilə qalib gəlməlidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər