Sumqayıtda avtomobil kanala aşıb

369

Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Samur-Abşeron kanalının Qurd dərəsi yaşayış massivindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə dərhal polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər