Sumqayıtın 13-cü mikrorayonunun Babək küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, avtomobil 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, sürücü hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.