Sumqayıtda “Azərbaycan qadınlarının cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilib-FOTO

917
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan qadınlarının cəmiyyətdə rolu mövzusunda tədbir keçirilib. YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, şəhid ailələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
Ülviyyə Müzəffərova çıxış edərək bildirilib ki, Azərbaycan qadınları yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olub. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Qadınlarla bağlı siyasətin gücləndirilməsi dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edən Ümumilli lider Heydər Əliyev 2000-ci ildə 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı “Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir” deyə qeyd etmişdir. Ulu öndər Heydər Əliyev ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda qadın hərakatının formalaşmasında, onların hüquqlarının qorunmasında, ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks səda doğurur. Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki layiqli yeri dövlətimizin uğurlu sabahını, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.
Tədbirin sonunda Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edən videoçarxa baxılıb. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər