Sumqayıtda beynəlxalq konfrans keçiriləcək.

722

gtz-logo-en2010-cu ilin may ayında Sumqayıtda “Çirklənmiş ərazilərin idarə edilməsi – keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları” adlı beynəlxalq konfrans keçiriləcək. Konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində həyata keçiriləcək. Almaniya Federativ Respublikası ilə yanaşı bir neçə Avropa və MDB ölkəsindən 50-dək yerli və xarici ekspertlərin iştirak edəcəyi konfransın təşkilatçıları Sumqayıt və Lüdviqshafen partnyor şəhərləri, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərin Assosiasiyasıdır.

30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər