Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə edilən körpə üzərində C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu əməliyyatı icra olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əməliyyat tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən uğurla başa çatıb.
Körpə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.
Müzakirə qapadılmışdır.