Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Lətif Şahhüseynov Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Lətif Qəribalı oğlu Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıtda anadan olub. 1992-ci il iyunun 28-də Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
211


Müzakirə qapadılmışdır.