Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Səfərov Səfərəli Allahverdi oğlu Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Səfərəli Səfərov 1973-cü ildə Ermənistanın Qafan rayonunda anadan olub. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə itkin düşüb.
Şəhidin qalıqları Ağdamın Sırxavənd kəndində tapılıb və kimliyi müəyyən olunub.
Müzakirə qapadılmışdır.