Sumqayıtda “Birlikdə Güclüyük” adlı flaşmob keçirilib

200

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron–Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə fərqli məktəblərin şagirdlərinin iştirakı ilə 7 nömrəli orta məktəbdə “Birlikdə güclüyük” şüarı altında flaşmob keçirilib. Aksiyanın əsas məqsədi 25 noyabr – Məişət Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətin diqqətini bu mövzuya yönəltmək və ictimai maarifləndirməni gücləndirmək olub.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Flaşmob zamanı məişət zorakılığının yaratdığı mənfi təsirlərə diqqət çəkən çıxışlar, maarifləndirici mesajlar səsləndirilib.

Təşkilatçılar bildiriblər ki, belə tədbirlərin keçirilməsi cəmiyyətdə zorakılığa qarşı mübarizə mədəniyyətinin gücləndirilməsi, xüsusilə yeniyetmələr arasında məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onların sözlərinə görə, hər bir fərdin zorakılığa qarşı susmaması və birlik göstərməsi sağlam və təhlükəsiz cəmiyyətin qurulmasında əsas şərtlərdəndir.

Sonda iştirakçılar “Birlikdə güclüyük” mesajı ilə birgə şəkil çəkdirərək öz həmrəyliyini ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər