Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14 avqust 2024-cü il tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Boks Təlim-Məşq Bazasında boks idman növü üzrə 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında yoldaşlıq görüşü keçirilib.
Məqsəd şəhərdə boks idman növünün təbliği, kütləviliyinin artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Qalib və mükafatçılar diplomla təltif olunub.



Müzakirə qapadılmışdır.