Sumqayıtda 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.
Bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumatda deyilir. Bildirilib ki, “Şəhər-3” orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, “Xəzər bağları” yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır.
Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.