Sumqayıtın Sahil küçəsində (Novxanı yolu) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, asfalt işlərinin aparılması ilə əlaqədar olaraq 07.10.2023-cü il tarixində səhər saat 07:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş edilir.
Müzakirə qapadılmışdır.