Sumqayıtda bu məktəblərdə təmir işləri aparılacaq

295

Sumqayitxeber.com-un əldə etdiyi məlumata görə, şəhərdə yerləşən 27 və 37 nömrəli tam orta məktəblərdə yaxın zamanlarda təmir işlərinə başlanılacaq.6-cı mikrorayon ərazisində yerləşən bu məktəblərdə təmir işləri tədris prosesinə mane olmaması üçün növbəlilik əsasında həyata keçiriləcək.

Qeyd edək ki, 36 nömrəli tam orta məktəbdə isə əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşıb və məktəbin açılışı sabah — Bilik Günündə baş tutacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər