Sumqayıtda bu xəstəxanada Reanimasiya və intensiv terapiya bloku istifadəyə verilib

194

TƏBİB-in dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında 10 çarpayılıq Reanimasiya və intensiv terapiya bloku yaradılıb.

Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, reanimasiya və intensiv terapiya bloku artıq tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Blok portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin edilib.

Tibb müəssisəsində bununla da reanimasiya çarpayı sayı 30-a çatdırılıb. Belə ki, 1 nömrəli Şəhər Xəstəxanasının Anesteziologiya və intensiv terapiya şöbəsində 15, Doğum şöbəsində isə 5 çarpayı mövcuddur.

Yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər